"Şaxtyor"un futbolçusu Georgiy Sudakov karyerasını İngiltərə Premyer Liqasında davam etdirməyə yaxındır.
Sportal.az xəbər verir ki, Premyer Liqanın 4 klubu ukraynalı hücumameyilli yarımmüdafiəçini transfer etmək istəyir. Bu barədə İngiltərə mətbuatı məlumat yayıb.
"Çelsi", "Arsenal" və "Tottenhem"dən sonra "Mançester Siti" də 22 yaşlı ön xətt oyunçusu uğrunda mübarizəyə qoşulub.
Qeyd edək ki, Georgiy Sudakov "Şaxtyor"un yetirməsidir. Ukrayna millisinin üzvü bu mövsüm Donetsk təmsilçisinin heyətində meydana çıxdığı 10 rəsmi matçda 7 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi