"Leypziq"in hücumçusu Benjamin Şeşko karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.
Sportal.az xəbər verir ki, "Arsenal" sloveniyalı futbolçunu transfer etmək istəyir. İngiltərə mətbuatı məlumat yayıb.
London təmsilçisi gələn ilin yayında 21 yaşlı forvardı transfer etmək üçün Almaniya klubu ilə danışıqlara başlayacaq.
Qeyd edək ki, "Leypziq" Benjamin Şeşkonu ötən ilin yayında "Zalzburq"dan transfer edib. Sloveniya millisinin üzvü bu mövsüm Bundesliqa təmsilçisinin heyətində meydana çıxdığı 9 rəsmi matçda 6 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi