Türkiyənin "Qalatasaray" klubu yarımmüdafiə xəttini yeni futbolçu ilə gücləndirməyi planlaşdırır.
Sportal.az xəbər verir ki, İstanbul təmsilçisi "Brügge"də çıxış edən Rafael Onyedikanı transfer etmək istəyir. Bu barədə "Sabah" nəşri məlumat yayıb.
"Qalatasaray" yayda heyətinə qata bilmədiyi nideriyalı dayaq yarımmüdafiəçisi üçün yenidən cəhd edəcək. "Sarı-qırmızılar" Nigeriya millisinin üzvü üçün qış transfer pəncərəsi zamanı Belçika klubuna növbəti təkliflə müraciət edəcək.
Qeyd edək ki, "Brügge" Rafel Onyedikanı 2022-ci ilin yayında "Midyullan"dan transfer edib. 23 yaşlı futbolçu bu mövsüm "göy-qaralar"ın heyətində meydana çıxdığı 11 rəsmi matçda 1 qol ötürməsi ilə yadda qalıb. Onun klubu ilə müqaviləsi 2027-ci ilin yayına kimidir.
saytlarin hazirlanmasi