"Barselona"nın futbolçusu Ansu Fati karyerasını Türkiyə Super Liqasında davam etdirə bilər.
Sportal.az xəbər verir ki, "Fənərbaxça" ispaniyalı vingeri icarəyə götürməyə çalışır. Bu barədə "Diario Sport" nəşri məlumat yayıb.
İstanbul təmsilçisinin baş məşqçisi Joze Mourinyo Fatini komandasında görmək istəyir. "Fənərbaxça" yanvar ayında 21 yaşlı ön xətt oyunçusunu heyətinə qatmaq üçün onun klubuna rəsmi təkliflə müraciət edəcək.
Qeyd edək ki, Ansu Fati "Barselona"nın yetirməsidir. İspaniya millisinin üzvü bu mövsüm Kataloniya təmsilçisinin heyətində 3 rəsmi matçda meydana çıxıb.
saytlarin hazirlanmasi