"Fənərbaxça"nın futbolçusu "Qalatasaray"dan təklif aldı

13:57 - 26 Oktyabr 2024

"Fənərbaxça" ilə müqaviləsi mövsümün sonunda başa çatan Brayt Osayi-Samuel komandadan ayrılan bilər.

Sportal.az xəbər verir ki, nigeriyalı sağ cinah müdafiəçisi klubla yeni sözləşmə barədə razılıq əldə edə bilməyib. Tərəflər maaş məsələsində anlaşa bilmir.

Osayi-Samuelin "Fənərbaxça"nın əzəli rəqibi "Qalatasaray"a keçmək ehtimalı var. Bu barədə futbolçunun meneceri Steven Bek klubu məlumatlandırıb. O, "sarı-lacivərtlilər"in rəhbərliyinə "Qalatasaray"dan illik 2,5 milyon avroluq maaş təklifi aldıqlarını və müdafiəçinin bundan aşağı maaşla yeni sözləşmə imzalamayacağını bildirib.

Qeyd edək ki, "Fənərbaxça" Brayt Osayi-Samueli 2021-i ilin yanvar ayında QPR-dən transfer edib. 26 yaşlı arxa xətt oyunçusu bu mövsüm komandanın heyətində meydana çıxdığı 7 rəsmi matçda 1 qol ötürməsi ilə yadda qalıb.

 

Osayi-Samuel'in menajeri Steven Beck, Fenerbahçe yönetimiyle son görüşmesinde indirim yapmayacağını iletti. “Galatasaray'dan teklif aldık. Bize 2.5 milyon Euro önerdiler. Bu nedenle isteğimizde indirim yapamayız.”

Xəbər xətti