"Mançester Siti"nin futbolçusu Kevin De Brüyne mövsümün sonunda komandadan ayrılacaq.
Sportal.az xəbər verir ki, belçikalı yarımmüdafiəçi klubla başa çatan müqaviləsinin müddətini uzatmayacaq. Bu barədə İngiltərə mətbuatı məlumat yayıb.
33 yaşlı oyunçunun karyerasını MLS-də davam etdirəcəyi gözlənilir. Kapitan "San Dieqo" klubu ilə danışıq aparır.
Qeyd edək ki, "Mançester Siti" Kevin De Brüyneni 2015-ci ilin yayında "Volfsburq"dan transfer edib. Belçika millisinin üzvü bu mövsüm "şəhərlilər"in heyətində meydana çıxdığı 6 rəsmi matçda 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi