"Milan"ın futbolçusu Ticani Reynders Avropanın nəhəng klublarının diqqət mərkəzindədir.
Sportal.az xəbər verir ki, "Mançester Siti" və "Barselona" niderlandlı yarımmüdafiəçini transfer etmək istəyir. Bu barədə "Corriere dello Sport" nəşri məlumat yayıb.
"Milan" Reyndersi komandada saxlamaq istəyir. A Seriyası nəhəngi 26 yaşlı orta xətt oyunçusunun maaşını artırmaqla ona yeni müqavilə təklif etməyə hazırlaşır.
Qeyd edək ki, "Milan" Ticani Reyndersi ötən ilin yayında "AZ Alkmar"dan transfer edib. Niderland millisinin üzvü bu mövsüm "qırmızı-qaralar"ın heyətində meydana çıxdığı 11 rəsmi matçda 2 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi