"Brentford" Premyer Liqa nəhənglərindən 50 milyon funt-sterlinq tələb edir

19:41 - 30 Oktyabr 2024

"Brentford"un futbolçusu Brian Mbyoma İngiltərədə klubunu dəyişə bilər.

Sportal.az xəbər verir ki, Premyer Liqanın nəhəng klubları kamerunlu vingeri transfer etmək istəyir. Bu barədə yerli mətbuat məlumat yayıb.

"Arsenal", "Liverpul" və "Nyukasl" 25 yaşlı ön xətt oyunçusunun xidmətində maraqlıdır.

"Brentford" futbolçusunu satmağın əleyhinə deyil. Lakin klub onun üçün 50 milyon funt-sterlinq tələb edir.

Qeyd edək ki, "Brentford" Brian Mbyomanı 2019-cu ilin yayında Fransanın "Trua" klubundan transfer edib. Kamerum millisinin üzvü bu mövsüm Premyer Liqa təmsilçisinin heyətində meydana çıxdığı 10 rəsmi matçda 8 qol vurub. Onun klubu ilə müqaviləsi 2026-cı ilin yayına kimi nəzərdə tutulub.

Xəbər xətti