"Real"ın futbolçusu Cud Bellingemin qardaşı Cob Bellingem karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.
Sportal.az xəbər verir ki, "Sanderlend"in hücumameyilli yarımmüdafiəçisini "Vest Hem" transfer etmək istəyir. Bu barədə "Fichajes" nəşri məlumat yayıb.
Londonlular İngiltərə U-20 millisinin üzvü üçün onun klubuna 25 milyon avroluq təklif göndərəcək.
Qeyd edək ki, "Sanderlend" Cob Bellingemi ötən ilin yayında "Birmingem"dən transfer edib. 19 yaşlı futbolçu bu mövsüm Çempionşip təmsilçisinin heyətində meydana çıxdığı 12 rəsmi matçda 2 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi