"Mançester Yunayted" gürcü futbolçu üçün 90 milyon funt-sterlinq ödəməyə hazırdır

20:08 - 4 Noyabr 2024

"Mançester Yunayted" hücum xəttini yeni oyunçu ilə gücləndirməyi planlaşdırır.

Sportal.az xəbər verir ki, Premyer Liqa nəhənginin əsas hədəfi "Napoli"də çıxış edən Xviça Kvaratsxeliyadır. Bu barədə İngiltərə mətbuatı məlumat yayıb.

"Mançester Yunayted"in yeni baş məşqçisi Ruben Amorim rəhbərlikdən gürcü vingerin transferini tələb edib. "Qırmızı şeytanlar" 23 yaşlı ön xətt oyunçusu üçün 90 milyon funt-sterlinq ödəməyə hazırdır.

Qeyd edək ki, "Napoli" Xviça Kvaratsxeliyanı 2022-ci ilin yayında Batumi "Dinamo"sundan transfer edib. Gürcüstan millisinin üzvü bu mövsüm Neapol təmsilçisinin heyətində meydana çıxdığı 13 rəsmi matçda 5 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti