"Fənərbaxça"nın baş məşqçisi Joze Mourinyo İngiltərəyə qayıda bilər.
Sportal.az xəbər verir ki, portuqaliyalı mütəxəssis yenidən Premyer Liqada çalışmaq istəyir. Bu barədə "Guardian" nəşri məlumat yayıb.
Mourinyo Eddi Hou ilə yollarını ayıracağı gözlənilən "Nyukasl"ın baş məşqçisi olmaq arzusundadır.
Qeyd edək ki, Joze Mourinyo mövsümün əvvəlindən "Fənərbaxça"ya rəhbərlik edir. 61 yaşlı məşqçi daha əvvəl İngiltərə "Çelsi", "Mançester Yunayted" və "Tottenhem"də işləyib.
saytlarin hazirlanmasi