"Nyukasl"ın futbolçusu Azərbaycana qarşı oynamayacaq

10:29 - 12 Noyabr 2024

Millətlər Liqasının C1 qrupunun 5-ci və 6-cı turlarının Slovakiya (16 noyabr) və Azərbaycan (19 noyabr) komandalarına qarşı keçirəcəkləri oyunlar öncəsi İsveç milli komandasında dəyişiklik baş verib.

Sportal.az xəbər verir ki, Emil Kraft (“Nyukasl”, İngiltərə) və yarımmüdafiəçi Erik Smit (“Sankt-Pauli”, Almaniya) komandadan kənarlaşdırılıb. Hər iki futbolçu zədəlidir və onların əvəzinə müdafiəçi Emil Holm (“Bolonya”, İtaliya) və yarımmüdafiəçi Samuel Dal (“Roma”, İtaliya) milliyə cəlb edilib.

İsveç - Azərbaycan oyunu Solna şəhərindəki “Strouberri Arena” stadionunda keçiriləcək və oyuna Bakı vaxtı ilə saat 23:45-də start veriləcək.

Xəbər xətti