"Fənərbaxça" milli üzvünü icarəyə verəcək

15:18 - 21 Noyabr 2024

"Fənərbaxça" yarımmüdafiəçi Bartuğ Elmazı icarəyə verəcək.

Sportal.az xəbər verir ki, İstanbul təmsilçisi heyətə düşə bilməyən 21 yaşlı futbolçunu "Sivasspor"a göndərəcək. Bu barədə "Fanatik" nəşri məlumat yayıb.

Türkiyə U-21 millisinin üzvü mövsümün ikinci yarısını Sivas təmsilçisinin heyətində keçirəcək.

Qeyd edək ki, Bertuğ Elmaz bu mövsüm "Fənərbaxça"nın heyətində 3 rəsmi matçda meydana çıxıb. Gənc dayaq yarımmüdafiəçisi ötən mövsümün ikinci yarısında da "Sivasspor"da oynayıb.

Xəbər xətti