"Mançester Yunayted"in futbolçusu Markus Reşford karyerasını Fransada davam etdirə bilər.
Sportal.az xəbər verir ki, PSJ ingiltərəli vingeri transfer etmək istəyir. Bu barədə Böyük Britaniya mətbuatı məlumat yayıb.
Parislilərin baş məşqçisi Luis Enrike 27 yaşlı ön xətt oyunçunun xidmətində maraqlıdır. PSJ rəhbərliyi futbolçu üçün yanvar ayında "qırmızı şeytanlar"a təklif göndərəcək.
Qeyd edək ki, Markus Reşford "Mançester Yunayted"in yetirməsidir. İngiltərə millisinin üzvü bu mövsüm Premyer Liqa təmsilçisinin heyətində meydana çıxdığı 19 rəsmi matçda 5 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb. Onun klubla müqaviləsi 2028-ci ilin yayına kimidir.
saytlarin hazirlanmasi