"Kristal Pelas"ın futbolçusu Ebereçi Eze karyerasını İtaliyada davam etdirə bilər.
Sportal.az xəbər verir ki, "Yuventus" və "Napoli" ingiltərəli hücumameyilli yarımmüdafiəçini transfer etmək istəyir. Bu barədə "Fichajes" nəşri məlumat yayıb.
"Kristal Pelas" futbolçunu satmağa hazırdır. Klub 26 yaşlı ön xətt oyunçusu üçün 70 milyon funt-sterlinq təzminat tələb edir.
Qeyd edək ki, Ebereçi Ezeni 2020-ci ilin avqust ayında QPR-dən transfer edib. İngiltərə millisinin üzvü bu mövsüm London təmsilçisinin heyətində meydana çıxdığı 12 rəsmi matçda 4 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb. Onun klubla müqaviləsi 2027-ci ilin yayına kimidir.
saytlarin hazirlanmasi