"Real"ın yarımmüdafiəçisi Orelyen Çuameni karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.
Sportal.az xəbər verir ki, "Liverpul" fransalı futbolçunu transfer etmək istəyir. Bu barədə İngiltərə mətbuatı məlumat yayıb.
Mersisayd təmsilçisi Çuameni üçün qarşı tərəfə 30 milyon avro və Rayan Qravenberxi təklif edəcək.
Qeyd edək ki, "Real" Orelyen Çuamenini 2022-ci ilin yayında "Monako"dan transfer edib. Fransa millisinin üzvü olan 24 yaşlı yarımmüdafiəçi bu mövsüm Madrid təmsilçisinin heyətində 15 rəsmi matçda meydana çıxıb.
saytlarin hazirlanmasi