Bu ilin yayından klubsuz olan Loris Karius karyerasını bərpa edə bilər.
Sportal.az xəbər verir ki, alman qapıçının ölkəsində oynamaq ehtimalı var. Bu barədə "Bild" nəşri məlumat yayıb.
"Bavariya" 31 yaşlı qolkiperi heyətinə qatmaq istəyir. Münhen təmsilçisi Lorisi Manuel Noyer və Sven Ulrayxdan sonra üçüncü qapıçı kimi düşünür. Danışıqlar uğurla nəticələnsə, təcrübəli qapıçı "Bavariya" ilə müqavilə imzalayacaq.
Qeyd edık ki, Loris Kariusun son klubu "Nyukasl" olub. O, 2023/2024 mövsümü bitdikdən sonra Premyer Liqa klubunu tərk edib.
saytlarin hazirlanmasi