"Bayer"in müdafiəçisi Conatan Ta karyerasını İspaniya La Liqasında davam etdirməyə yaxındır.
Sportal.az xəbər verir ki, "Barselona" almaniyalı futbolçunun keçidini yekunlaşdırmaq üzrədir. Bu barədə "Mundo Deportivo" nəşri məlumat yayıb.
Kataloniya klubu Ta ilə 2030-ci ilin yayına kimi nəzərdə tutulan müqavilənin şərtlərini razılaşdırıb. 28 yaşlı mərkəz müdafiəçisi gələn ilin yayında Almaniya klubu ilə sözləşməsi başa çatdıqdan sonra azad agent statusu ilə "Barselona"ya qoşulacaq.
Qeyd edək ki, "Bayer" Conatan Tanı 2015-ci ilin yayında "Hamburq"dan transfer edib. Almaniya millisinin üzvü olan təcrübəli oyunçu bu mövsüm Leverkuzen təmsilçisinin heyətində meydana çıxdığı 25 rəsmi matçda 2 qol vurub.
saytlarin hazirlanmasi