"İnter"in yarımmüdafiəçisi Kristian Asllani İngiltərə klublarının diqqət mərkəzindədir.
Sportal.az xəbər verir ki, adı açıqlanmayan Premyer Liqa təmsilçisi albaniyalı futbolçu üçün İtaliya klubuna 30 milyon funt-sterlinqlik təklif göndərib. Bu barədə İtaliya mətbuatı məlumat yayıb.
"İnter" İngiltərə klubunun təklifini qəbul etməyib. 22 yaşlı yarımmüdafiəçinin performansından məmnun olan "göy-qaralar" onun uzun müddət komandada qalmasını istəyir.
Qeyd edək ki, "İnter" Kristian Asslanini ötən ilin yayında "Empoli"dən transfer edib. Albaniya millisinin üzvü bu mövsüm Milan təmsilçisinin heyətində meydana çıxdığı 12 rəsmi matçda 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi