Emre Belözoğlu Super Liqaya qayıtdı - RƏSMİ

21:21 - 14 Yanvar 2025

Türkiyənin "Antalyaspor" klubunun yeni baş məşqçisi müəyyənləşib.

Sportal.az xəbər verir ki, Super Liqa təmsilçisini Emre Belözoğlu çalışdıracaq.Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

44 yaşlı türk mütəxəssislə 2026-cı ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalanıb.

Qeyd edək ki, "Antalyaspor" dünən Aleks de Souza ilə yollarını ayırıb. Emre Belözoğlunun son iş yeri isə "Ankaragücü" olub.

Xəbər xətti