Bolqarıstanın “Beroe” klubunun hücumçusu Leandro Qodoy karyerasını Misli Premyer Liqasında davam etdirə bilər.
Sportal.az "Мач Телеграф" nəşrinə istinadən xəbər verir ki, argentinalıya Azərbaycandan maraq var. Ancaq Qodoyun xidmətində hansı klubun maraqlı olduğu açıqlanmır.
23 yaşlı hücumçunu Rusiyanın "Lokomotiv" və Bolqarıstanın ÇSKA klubları da transfer etmək niyyətindədir. “Beroe” Qodoy üçün 1 milyon avro tələb edir. Cənubi amerikalının hansı kluba üstünlük verəcəyi isə yaxın vaxtlarda dəqiqləşəcək.
Argentinalı futbolçu bu mövsüm 12 qol vurub və onun Bolqarıstan təmsilçisi ilə müqavilə müddəti 2026/2027 mövsümünün sonuna qədərdir. Leandro "Rasinq", “Çakarita Juniors”(hər ikisi Argentina), “Torreense”(Portuqaliya) klublarında oynadıqdan sonra “Beroe”yə keçib. O, “Defensa Xustisiya”da icarə əsasında çıxış edib.
saytlarin hazirlanmasi