Almaniyanın "Bavariya" klubu növbəti mövsüm üçün ilk transferini həyata keçirib.
Sportal.az xəbər verir ki, Münhen təmsilçisi "Hoffenhaym"dan Tom Bişofu rənglərinə bağlayıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
"Bavariya" 19 yaşlı yarımmüdafiəçi ilə 2029-cu ilin yayına kimi nəzərdə tutulan sözləşmə imzalayıb. Almaniya U-20 millisinin üzvü mövsümün sonunda "Hoffenhaym"la müqaviləsi başa çatdıqdan sonra azad agent statusu ilə yeni komandasına qoşulacaq.
Qeyd edək ki, Tom Bişof "Hoffenhaym"ın yetirməsidir. Gənc oyunçu bu mövsüm Bundesliqa təmsilçisinin heyətində meydana çıxdığı 24 rəsmi matçda 2 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi