Neymar ayrılmaq üçün 65 milyon dollar tələb edir

19:12 - 21 Yanvar 2025

"Əl-Hilal" ümidləri doğrultmayan Neymarla yollarını ayırmaq istəyir.

Sportal.az xəbər verir ki, Səudiyyə Ərəbistanı klubu braziliyalı vingerin mövsümün sonunda başa çatmalı olan müqaviləsinə vaxtından əvvəl xitam vermək istəyir. Bu barədə "Globo" nəşri məlumat yayıb.

Lakin "Əl-Hilal"ın Neymarı göndərməsi o qədər də asan görünmür. 32 yaşlı oyunçu müqavilənin ləğv edilməsi üçün klubdan 65 milyon dollar tələb edir. Ulduz futbolçu bu məbləğ ödənilməsə sözləşməsinin sonuna kimi heç yerə getməyəcəyini rəhbərliyə bildirib.

Qeyd edək ki, "Əl-Hilal" Neymarı 2023-cü ilin yayında PSJ-dən 90 milyon avroya transfer edib. Təcrübəli vinger uzun müddət zədəli olub. O, komandanın heyətində cəmi 7 rəsmi matçda meydana çıxıb, 1 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti