Qvardiola: "Bu matçda sanki kim olduğumuzu xatırladıq"

16:46 - 16 Fevral 2025

"Mançester Siti"nin baş məşqçisi Xosep Qvardiola komandasının Premyer Liqanın 25-ci turnun "Nyukasl"la oyunu (4:0) haqda təəssüratlarını bölüşüb.

Sportal.az xəbər verir ki, ispaniyalı mütəxəssis klubun rəsmi saytına açıqlamasında bunları deyib:

"Bu matçda sanki kim olduğumuzu xatırladıq. Amma bunu mövsümün əvvəlində göstərə bilmədik. Biz həmişə çox çalışırıq, amma bəzən uğursuz oluruq. Hücumda göstərdiyimiz tempdən və intensivlikdən çox razıyam. Çempionlar Liqasına düşmək üçün bu matçlarda qalib gəlməliyik. Elə oynamalıyıq ki, azarkeşlərimiz evə yaxşı əhval-ruhiyyə ilə qayıtsınlar. Haaland 10 illik müqavilə imzalayıb, ona görə də kapitan kimi ona güvənirəm. Mən onun üçün həqiqətən xoşbəxtəm".

“Mançester Siti” 25 oyuna topladığı 44 xalla turnir cədvəlində 4-cü pillədədir. Lider isə 57 xalla “Liverpul”dur.
 

Xəbər xətti