"Şamaxı"dan ayrılan hücumçu Rusiya klubu ilə müqavilə imzaladı - RƏSMİ

21:37 - 19 Fevral 2025

"Şamaxı"nın hücumçusu Belaydi Pusi karyerasını Rusiyada davam etdirəcək.

Sportal.az xəbər verir ki, albaniyalı forvard "Fakel"ə keçib. Bu barədə Premyer Liqa klubunun mətbuat xidməti məlumat yayıb.

27 yaşlı futbolçu ilə 2026-cı ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalanıb.

Qeyd edək ki, Belaydi Pusi mövsümün əvvəlindən "Şamaxı"da çıxış edirdi. Təcrübəli hücumçu bölgə klubunun heyətində meydana çıxdığı 22 rəsmi matçda 5 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti