"Mançester Yunayted" ukraynalı üçün 40 milyon avro təklif edəcək

10:15 - 8 Mart 2025

"Real"ın qapıçısı Andrey Lunin karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.

Sportal.az xəbər verir ki, "Mançester Yunayted" ukraynalı qolkiperi transfer etmək istəyir. Bu barədə "El Chiringuito" məlumat yayıb.

"Qırmızı şeytanlar" Lunini yayda heyətinə qatmağı planlaşdırır. "Mançester Yunayted" 26 yaşlı "əlcək sahibi" üçün 40 milyon avroluq təklif göndərəcək.

Qeyd edək ki, "Real" Andrey Lunini 2018-ci ilin yayında "Zarya"dan transfer edib. Ukrayna millisinin üzvü bu mövsüm Madrid təmsilçisinin heyətində 9 rəsmi matçda iştirak edib.

Xəbər xətti