Ulduz futbolçu Bakıya gəldi, "Qarabağ"la matçı xatırladı: "Burada olmaqdan məmnunam"

19:55 - 12 Mart 2025

Portuqaliya millisinin və "Mançester Yunayted"in sabiq vingeri Nani Azərbaycana gəlib.

Sportal.az xəbər verir ki, 38 yaşlı veteran futbolçu 2025-ci ildə Bakıda keçiriləcək minifutbol üzrə dünya çempionatının püşkatma mərasimində iştirak edib.

Nani tədbirdən sonra jurnalistlərə açıqlama verib. Ulduz futbolçu 2018/2019 mövsümündə Avropa Liqasının qrup mərhələsinin "Qarabağ"la oyunu üçün Bakıya gəldiyini xatırladıb:

"Ölkənizdə olmaqdan məmnunam. Azərbaycanı çox bəyəndim. Bakıda gəzmək üçün çox da imkanım yox idi. Daha əvvəl bura "Sportinq"in (Lissabon) heyətində "Qarabağ"la oyuna gəlmişdim. Bugünkü tədbirə qatıldığım üçün xoşbəxtlik hissi keçirirəm. Bakını bir qədər də kəşf etmək imkanım oldu. Ümumilikdə fikirlərim çox pozitivdir".


Xəbər xətti