"Yuventus"un hücumçusu "Mançester Yunayted"ə keçə bilər

17:16 - 12 Mart 2025

"Yuventus"un hücumçusu Duşan Vlahoviç karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.

Sportal.az xəbər verir ki, "Mançester Yunayted" serbiyalı futbolçunu transfer etmək istəyir. Bu barədə İngiltərə mətbuatı məlumat yayıb.

"Qırmızı şeytanlar" Vlahoviçi yayda heyətinə qatmağı planlaşdırır. İtaliya klubu 25 yaşlı forvard üçün tələb etdiyi 35 milyon funt-sterlinqlik məbləğdə endirim etməyə hazırdır.

Qeyd edək ki, "Yuventus" Duşan Vlahoviçi 2022-ci ilin yanvar ayında "Fiorentina"dan transfer edib. Serbiya millisinin üzvü bu mövsüm Turin təmsilçisinin heyətində meydana çıxdığı 34 rəsmi matçda 14 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti