"Liverpul"un futbolçusuna illik 20 milyon avro - hələ cavab verməyib

22:44 - 12 Mart 2025

"Liverpul"un mərkəz müdafiəçisi Vircil van Deyk Səudiyyə Ərəbistanından təklif alıb.

Sportal.az xəbər verir ki, "L’Equipe" nəşrinin məlumatına görə, "Əl-Hilal" "Liverpul"un müdafiəçisinə illik 20 milyon avrodan çox maaş təklif edib. Niderlandlı futbolçu bu təklifi nəzərdən keçirir, lakin hələ cavab verməyib. O, mövsümü başa vurmağa fokuslanmağa üstünlük verir.

Qeyd edək ki, 33 yaşlı futbolçunun İngiltərə klubu ilə müqaviləsi yayda başa çatır.

Xəbər xətti