Futbol üzrə Misir çempionatında qalmaqal yaşanıb.
Sportal.az xəbər verir ki, ölkənin ən böyük derbilərindən olan "Zamalek" - "Əl-Əhli" matçı baş tutmayıb. Buna səbəb qonaq komandanın meydana çıxmamasıdır.
"Əl-Əhli" federasiyadan oyunu əcnəbi hakimlərin idarə etməsini istəyib. Federasiya klubun bu tələbini qəbul etməyib. Nəticədə "Əl-Əhli" Qahirə derbisinə çıxmayıb. Misir Futbol Federasiyası komandaya texniki məğlubiyyət verib.
saytlarin hazirlanmasi