"Nyukasl" Çempionlar Liqasına vəsiqə qazana bilməsə... - "Arsenal" 2 futbolçu arasında

22:16 - 12 Mart 2025

"Arsenal" "Nyukasl"dan Gimaraeş və "Real Sosyedad"dan Subimendi ilə maraqlanır.

Sportal.az xəbər verir ki, "As" nəşrinin məlumatına görə, "topçular"ın yeni idman direktoru Andrea Berta ilk transfer üzərində artıq işə başlayıb. Onun əsas hədəfləri "Nyukasl"ın yarımmüdafiəçisi Bruno Gimaraeş və "Real Sosyedad"ın oyunçusu Martin Subimendidir.

London klubu artıq Subimendinin transferi ilə bağlı aktiv iş aparır və onunla əlaqə saxlayır. Ancaq "Arsenal" hələ də ispaniya klubu ilə danışıqlar aparır. İngilislər 60 milyon avro olan təzminat məbləğini azaltmağa çalışırlar.

"Nyukasl"ın yarımmüdafiəçisi Gimaraeş isə hazırkı klubunda özünü xoşbəxt hiss edir, lakin Çempionlar Liqasında mübarizə aparmaq şansı əldə edərsə, başqa komandaya keçidi nəzərdən keçirə bilər. "Qarğalar" cari mövsümün sonunda Çempionlar Liqasına vəsiqə qazana bilməsələr, futbolçunu 60 milyon funta buraxmağa hazırdırlar.

Xəbər xətti