"Zirə" aparıcı oyunçularından olan Ayron Qomisi komandada saxlamağı planlaşdırır.
Sportal.az saytına verilən məlumata görə, 2024-cü il sentyabrın 3-də qəsəbə klubuna keçən fransıza bir çox klublardan təklif var. Həm Azərbaycan, həm də Avropa klublarının diqqət mərkəzinə düşən Qomis özü də "Zirə"də qalmaq niyyətindədir.
25 yaşlı yarımmüdafiəçi ümidləri tam olaraq doğrultduğu üçün onun müqavilə müddətini artırmaq niyyətindədir.
Futbolçunun "Zirə" ilə müqavilə müddəti 2026-cı il iyunun 30-na qədərdir. "Dunkerk", "Amyen", "Kasımpaşa", "Salernitana" klublarında oynamış Qomisə Kipr klublarından maraq var.
Belə ki, bu ölkədən AEK(Larnaka) fransızın müqaviləsi ilə maraqanıb.
saytlarin hazirlanmasi