Şahrudin Məhəmmədəliyev Azərbaycan millisinin heyətindən çıxarılıb.
Sportal.az xəbər verir ki, buna qapıçının zədələnməsi səbəb olub. Onun əvəzinə “Səbail”in üzvü Əlirza Müştəbazadə milliyə dəvət alıb.
Bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.
Qeyd edək ki, Fernandu Santuşun rəhbərlik etdiyi komanda bu gün Belarus yığması ilə yoldaşlıq görüşü keçirəcək. “Bank Respublika Arena”da təşkil olunacaq oyun saat 21:45-də başlayacaq.
saytlarin hazirlanmasi