Niderland millisinin üzvü Doniel Malen "Aston Villa"dan ayrılmağa hazırlaşır.
Sportal.az "The Sun"a istinadən xəbər verir ki, 26 yaşlı futbolçu İngiltərəni tərk etməyəcək.
Belə ki, "Tottenhem" niderlandlı üçün hərəkətə keçib. Artıq London təmsilçisi Malenin komandası ilə razılıq əldə edib.
Yayda transferin reallaşacağı gözlənilir.
Malen PSV, "Borussiya"da oynadıqdan sonra "Aston Villa"ya keçib.
saytlarin hazirlanmasi