"Neftçi"nin futbolçusu qol vurdu, Monteneqro qalib gəldi

09:22 - 26 Mart 2025

DÇ-2026-nın Avropa zonası üzrə seçmə mərhələsi davam edir.

Sportal.az xəbər verir ki, Monteneqro yığması Farer adalarını məğlubiyyətə uğradıb.

Bu görüşdə yeganə qolu “Neftçi”nin futbolçusu Edvin Kuç vurub. İkinci hissədə meydana daxil olan Kuç 90+6-cı dəqiqədə fərqlənib.

“Qarabağ”ın futbolçularından Marko Yankoviç 69, Marko Veşoviç isə 70 dəqiqə meydanda olub.

Xəbər xətti