Norveçin “Molde” klubu “Qarabağ” və Azərbaycan millisinin hücumçusu Nəriman Axundzadəni transfer etmək istəyib.
Sportal.az saytına verilən məlumata görə, norveçlilər 20 yaşlı hücumçunu istəsə də, tərəflər arasında razılıq baş tutmayıb.
Ona görə də, keçid reallaşmayıb və Axundzadə “Qarabağ”da qalıb. Norveçdə “transfer pəncərəsi” bu gün bağlanacaq.
Amma "Molde" yayda yenidən Nəriman üçün "Qarabağ"la danışıq aparacaq.
saytlarin hazirlanmasi