Monteneqro millisinə qələbə qazandıran "Neftçi"nin futbolçusu: "Karyeramın ən gözəl anlarından biri idi"

12:23 - 27 Mart 2025

"Neftçi"nin və Monteneqro millisinin yarımmüdafiəçisi Edvin Kuç yığma komandanın heyətində DÇ-2026-nın seçmə mərhələsinin L qrupunun 2-ci turunda Farer adaları ilə oyunda (1:0) vurduğu qələbə qolunu şərh edib.

Sportal.az “Vijesti.me” nəşrinə istinadən xəbər verir ki, Kuç matça əlavə edilmiş dəqiqələrdə vurulan qol haqda bu cür danışıb:

“Kənardan hücum etməyi xoşlayıram. Həmin an mən “ya hər şey, ya da heç nə” düşüncəsi ilə cərimə meydançasına qaçırdım. Bu, karyeramın ən gözəl anlarından biri idi. Əvvəlki günlər bizim üçün çətin keçdi. Ruhən və fiziki cəhətdən yorğun idik. Meydança da ağır idi. Bunun asan olmayacağını bilirdim. İndi hamı futbol oynamağı bacarır və sən rahatlaşmaq olmaz. Farer adaları da bərk komandadır. Oyundan əvvəl baş məşqçi bildirdi ki, səbirli olmalıyıq. Hər şey yaxşı keçdi”.

Xəbər xətti