Almaniyada Şimal-Şərq Regional Liqasının 23-cü turunun təxirə salınmış matçında Berlin "Dinamo"su səfərdə "Zehlendorf"un qonağı olub.
Sportal.az xəbər verir ki, millimizin sabiq hücumçusu Rüfət Dadaşovun da çıxış etdiyi "Dinamo" bu matçda 5:3 hesablı qələbə qazanıb. Dadaşov matçda 3-cü və 75-ci dəqiqələrdə qol vuraraq komandasının qələbəsində böyük pay sahibi olub. 33 yaşlı hücumçu bu mövsüm ümumilikdə komandanın heyətində 15 qola imza atıb.
Qeyd edək ki, "Dinamo" bu qələbə ilə xallarının sayını 40-a çatdıraraq turnir cədvəlində 6-cı pilləyə yüksəlib.
saytlarin hazirlanmasi