"Yuventus"un türkiyəli futbolçusu Kənan Yıldız İngiltərə Premyer Liqası klublarının maraq dairəsinə düşüb.
Sportal.az xəbər verir ki, "La Gazzetta dello Sport"un məlumatına görə, agent Jorje Mendeş "Yuventus"a bildirib ki, Kənan Yıldızla "Çelsi", "Liverpul" və "Mançester Yunayted" kimi klublar maraqlanır.
Məlumatlara görə, "Yuventus" maliyyə vəziyyətini yaxşılaşdırmaq məqsədilə oyunçuları satmağa məcbur ola bilər. Lakin klub Yıldız üçün 80 milyon avrodan aşağı təklifləri nəzərə almayacaq.
Qeyd edək ki, cari mövsümdə Kənan 28 matç keçirib və 4 qol vurub.
saytlarin hazirlanmasi