"Liverpul"un müdafiəçisi Carrel Kuansa Premyer Liqada klubunu dəyişə bilər.
Sportal.az xəbər verir ki, "Nyukasl" ingiltərəli futbolçunu transfer etmək istəyir. Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.
"Nyukasl" Kuansanı yayda heyətinə qatmağı planlaşdırır. "Sağsağanlar" 22 yaşlı mərkəz müdafiəçisi üçün onun klubuna rəsmi təkliflə müraciət edəcək.
Qeyd edək ki, Carrel Kuansa "Liverpul"un yetirməsidir. İngiltərə millisinin də üzvü olan müdafiəçi bu mövsüm Mersisayd təmsilçisinin heyətində 22 rəsmi matçda meydana çıxıb.
saytlarin hazirlanmasi