Azərbaycan çempionu üçün ÇL-də növbəti rəqib - bu ölkədə qalib bəlli oldu

16:22 - 7 Aprel 2025

“Srvena Zvezda” ardıcıl səkkizinci dəfə Serbiya çempionu olub.

Sportal.az xəbər verir ki, paytaxt təmsilçisi ölkə çempionatının 30-cu turunda evdə OFK ilə qarşılaşıb və rəqibinə 3:1 qalib gəlib.

Çempionatın bitməsinə 7 tur qalmış komanda 86 xal toplayıb, “Partizan”ı 23 xal qabaqlayıb. Belədə, “Srvena Zvezda” çempionluğunu rəsmiləşdirib. Serbiyanın ən titullu klubu üçün bu, artıq tarixdə 36-cı və ardıcıl səkkizinci çempionluqdur. Qeyd edək ki, bu klub Çempionlar Liqasında ölkəsini təmsil edəcək.

Xəbər xətti