"Çelsi"nin futbolçusu Noni Madueke Premyer Liqada klubunu dəyişə bilər.
Sportal.az xəbər verir ki, ingiltərəli vingeri Londonun digər klubu "Tottenhem" heyətinə qatmaq istəyir. Bu barədə yerli mətbuat məlumat yayıb.
"Tottenhem" 2014-2018-ci illərdə akademiyasında çıxış etmiş 23 yaşlı ön xətt oyunçusu üçün yayda onun klubu ilə danışıqlara başlayacaq.
Qeyd edək ki, "Çelsi" Noni Maduekeni 2023-cü ilin yayında PSV-dən transfer edib. İngiltərə millisinin üzvü bu mövsüm "mavilər"in heyətində meydana çıxdığı 30 rəsmi matçda 8 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi