Almaniyanın "Leypziq" klubu heyətini yeni oyunçu ilə gücləndirib.
Sportal.az xəbər verir ki, Bundesliqa təmsilçisi "Löven"dən Ezekyel Banzuzini transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
"Leypziq" 20 yaşlı yarımmüdafiəçi üçün Belçika klubuna 30 milyon avro təzminat ödəyib. Niderland U-21 millisinin üzvü ilə 2030-cu ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalanıb. Orta xətt oyunçusu mövsüm bitdikdən sonra yeni klubuna qoşulacaq.
Qeyd edək ki, "Löven" Ezekyel Banzuzini 2023-cü ilin yayında "NAK Breda"dan transfer edib. Gənc futbolçu bu mövsüm komandanın heyətində meydana çıxdığı 31 rəsmi matçda 3 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi