"Milan"da şok itki - mövsümü erkən başa vura bilər

19:48 - 9 Aprel 2025

İtaliyanın "Milan" klubunun heyətində ciddi itki baş verib.

Sportal.az xəbər verir ki, A Seriyası təmsilçisinin müdafiəçisi Kayl Uoker sıradan çıxıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

İngiltərəli sağ cinah müdafiəçisi dirsəyində olan sınığa görə əməliyyat olunub. 34 yaşlı futbolçu bir neçə həftə yaşıl meydanlardan uzaq qalacaq. Təcrübəli arxa xətt oyunçusu üçün mövsümün erkən başa çatması ehtimalı da var.

Qeyd edək ki, "Milan" Kayl Uokeri bu ilin yanvar ayında "Mançester Siti"dən transfer edib. İngiltərə millisinin üzvü "qırmızı-qaralar"In heyətində 12 rəsmi matçda meydana çıxıb.

Xəbər xətti