Millimizin üzvü oynadı, komandası qələbə qazandı

00:26 - 10 Aprel 2025

Futbol üzrə Türkiyə 1-ci Liqasında 33-cü turun görüşləri keçirilir.

Sportal.az xəbər verir ki, azərbaycanlı futbolçu Vüsal İsgəndərlinin formasını geyindiyi "Boluspor" doğma meydanda "Sakaryaspor"la qarşılaşıb. Matç meydan sahiblərinin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Oyuna start heyətində başlayan Vüsal 87-ci dəqiqədə əvəzlənib.

Qeyd edək ki, "Boluspor" bu qələbə ilə 48 xalla 8-ci pillədə yer alıb.

Xəbər xətti