"Ayntraxt" İngiltərə klublarından 100 milyon avro tələb edir

14:05 - 14 Aprel 2025

"Ayntraxt"ın hücumçusu Uqo Ekitike karyerasını İngiltərə Premyer Liqasında davam etdirməyə yaxındır.

Sportal.az xəbər verir ki, fransalı futbolçunun xidmətində 4 klub maraqlıdır. Bu barədə "Bild" nəşri məlumat yayıb.

"Liverpul", "Arsenal", "Mançester Yunayted" və "Nyukasl" Ekitikeni transfer etmək istəyir.

"Ayntraxt" futbolçusunu satmağ hazırdır. Almaniya klubu 22 yaşlı forvard üçün 100 milyon avro təzminat tələb edir.

Qeyd edək ki, "Ayntraxt" Uqo Ekitikeni ötən ilin fevral ayında PSJ-dən transfer edib. Fransa millisinin üzvü bu mövsüm Frankfurt təmsilçisinin heyətində meydana çıxdığı 42 rəsmi matçda 21 qol və 9 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti