"Bayer"in yarımmüdafiəçisi Esekiel Palasios karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.
Sportal.az xəbər verir ki, "Mançester Siti" argentinalı futbolçunu transfer etmək istəyir. Bu barədə "El Intransigente" məlumat yayıb.
"Şəhərlilər" Palasiosu yayda heyətinə qatmağı planlaşdırır. "Mançester Siti" 26 yaşlı orta xətt oyunçusu üçün Almaniya klubuna təklif göndərəcək.
Qeyd edək ki, "Bayer" Esekiel Palasiosu 2020-ci ilin yanvar ayında "River Pleyt"dən transfer edib. Argentina millisinin üzvü bu mövsüm Leverkuzen təmsilçisinin heyətində meydana çıxdığı 34 rəsmi matçda 1 qol və 6 məhsukdar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi