"Qalatasaray"ın futbolçusuna İtaliyadan təklif

16:50 - 15 Aprel 2025

"Qalatasaray"ın futbolçusu Derrik Köhn İtaliyada çıxış edə bilər.

Sportal.az xəbər verir ki, "Udineze" hazırda icarə əsasında "Verder"in formasını geyindiyi almaniyalı müdafiəçini transfer etmək istəyir. Bu barədə İtaliya mətbuatı məlumat yayıb.

A Seriyası təmsilçisinin baş məşqçisi Kosta Runyaiç Köhnün xidmətində maraqlıdır. "Udineze" futbolçunun transferi üçün Türkiyə klubu ilə danışıqlara başlayacaq.

Qeyd edək ki, "Qalatasaray" Derrik Köhnü mövsümün əvvəlində "Udineze"yə icarəyə verib. 26 yaşlı sol cinah müdafiəçisi Bundesliqa təmsilçisinin heyətində meydana çıxdığı 26 rəsmi matçda 2 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti