"Mançester Siti" "Yuventus"un 25 yaşlı sol cinah müdafiəçisi Andrea Kambiaso və 27 yaşlı qapıçı Mikelen Di Qreqorio ilə maraqlanır.
Sportal.az xəbər verir ki, bu barədə "Tuttosport" məlumat yayıb. Mənbənin məlumatına görə, "şəhərlilər" Kambiaso üçün 70 milyon avro ödəyə bilər, Di Qreqorionun dəyəri isə təxminən 30 milyon avro olaraq qiymətləndirilir.
Andrea Kambiasonun "Yuventus"la hazırkı müqaviləsi 2029-cu ilin yayına qədər qüvvədədir. "Transfermarkt" portalının məlumatına görə, müdafiəçinin bazar dəyəri 40 milyon avro təşkil edir. Cari mövsümdə Kambiaso 37 oyuna çıxıb, 2 qol vurub və 3 məhsuldar ötürmə edib.
Mikelen Di Qreqorionun da klubla olan müqaviləsi 2029-cu ilin yayına kimidir. Onun bazar dəyəri 18 milyon avro olaraq qiymətləndirilir. Mövsüm ərzində qapıçı 74 matçda 72 qol buraxıb və 32 oyunda qapısına qol görməyib.
saytlarin hazirlanmasi