"Barselona" yayda heyətini yeni oyunçu ilə gücləndirməyi planlaşdırır.
Sportal.az xəbər verir ki, La Liqa nəhəngi uzun müddətdir heyətinə qatmaq istədiyi "Mançester Siti"də çıxış edən Bernardo Silva üçün yenidən hərəkətə keçəcək. Bu barədə "Fichajes" nəşri məlumat yayıb.
Silvanın klubla müqaviləsində 58 milyon avroluq sərbəstqalma məbləği yer alıb. Lakin futbolçunun istəyi ilə sözləşməyə "Barselona"ya özəl daha aşağı məbləğli sərbəstqalma məbləği salınıb.
Qeyd edək ki, "Mançester Siti" Bernardo Silvanı 30 yaşlı hücumameyilli yarımmüdafiəçi bu mövsüm "şəhərlilər"in heyətində meydana çıxdığı 41 rəsmi matçda 3 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi